• cümə, 29 Mart, 02:20
  • Baku Bakı 7°C

Azərbaycan idman ölkələri sırasında qabaqcıl yerlərdən birini tutur

10.08.19 21:36 5684
Azərbaycan idman ölkələri sırasında qabaqcıl yerlərdən birini tutur
Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində demişdi ki, gənclərimiz idmanla nə qədər çox məşğul olarsa, bir o qədər sağlam nəsil yetişəcək, ordumuz güclü əsgərlərə sahib olacaq. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu idman siyasətinin bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində beynəlxalq arenada idmançılarımızın qələbələrinin sayı getdikcə artır. Azərbaycan dünyanın ən güclü idman ölkələri sırasında qabaqcıl yerlərdən birini tutur. Bu gün Azərbaycanda dövlətə sadiq, hərtərəfli inkişaf etmiş müasir və güclü gənclik yetişib.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.
Güləş yarışlarında idmançıların potensialının üzə çıxarılması üçün hər cür şəraitin olduğunu vurğulayan F.Umudov yeniyetmə pəhləvanlarımızın böyük uğurlara imza atdıqlarını bildirib: "XV Avropa Gənclər Olimpiya Festivalında əldə edilən parlaq nailiyyətlər ölkəmizin idman potensialının yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi. Ürəyi Vətən eşqi ilə döyünən, hər zaman Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir idmançılarımız, zabitlərimiz və əsgərlərimiz adından hamını əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın inkişafı naminə var gücümüzlə çalışacağıq. İnanıram ki, bu gün burada mübarizə aparan yeniyetmə idmançılar arasından gələcəkdə Cəbrayıl Həsənov, Hacı Əliyev, Toğrul Əsgərov kimi adlı-sanlı pəhləvanlarımız yetişəcək”.
banner

Oxşar Xəbərlər