• çərşənbə, 24 Aprel, 18:28
  • Baku Bakı 23°C

Azərbaycan içki ixracını 2,5 dəfəyə qədər artırıb

22.03.19 14:15 535
Azərbaycan içki ixracını 2,5 dəfəyə qədər artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan4 096,56min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə2 483,75min dollar və yaxud2,5dəfə çoxdur.
Bu ilin iki ayında içki ixracı ümumi ixracın0,13%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə9 955,19min dollar olub. Bu isə bir il əvvələ nisbətən2 198,18min dollar və yaxud28,34% çoxdur.
Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin3,152mlrd. dolları ixracın,2,166milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac42,6%, idxal isə49,2%artıb.
banner

Oxşar Xəbərlər