• cümə, 19 Aprel, 09:23
  • Baku Bakı 13°C

Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat

04.12.20 14:30 389
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Azərbaycanın Ermənistandan az itki verməsi onun müharibəni çox dəqiq aparmasının nəticəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ümumən götürdükdə Azərbaycanın Vətən müharibəsində apardığı əməliyyatlar müasir təcrübə kimi ortaya qoyulur. Hərbi əməliyyatlar zamanı ilk növbədə texniki imkanlar hesabına və havadan hücumlar nəticəsində düşmənin müqavimətini sındırmaq mümkün oldu:"Bütün hallarda canlı qüvvə maksimum qorundu. Bunun nəticəsidir ki, Azərbaycan müharibədə 2783 nəfər şəhid verib”.
Deputat hesab edir ki, bu itkilərin bir qismi canlı qüvvələrimizin minaya düşməsi nəticəsində olub.
A.Mirzəzadə bunu da əlavə edib ki, Ermənistan itkilərinin sayını rəsmi olaraq, təxminən 3000 nəfər açıqlasa da, bu sayın daha çox olduğu ehtimal edilir. Çünki Ermənistan demək olar ki, hər gün yeni itkilərinin siyahısını açıqlayır.
O, dünyanın hərb tarixinə əsaslanaraq qeyd edib ki, adətən, müharibədə hücum edən tərəf müdafiə olunan tərəfdən 3 qat çox itki verir.

banner

Oxşar Xəbərlər