• cümə, 26 Aprel, 18:17
  • Baku Bakı 22°C

Azərbaycan həqiqətləri bir daha dünya dövlətlərinin diqqətinə çatdırıldı

24.09.21 20:00 234
Azərbaycan həqiqətləri bir daha dünya dövlətlərinin diqqətinə çatdırıldı
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 76-cı sessiyasının illik ümumi müzakirəsinə həsr olunmuş videoformat şəklində çıxışında nəinki ölkəmiz və region üçün, eləcə də dünya üçün vacib bir sıra məqamlara toxunulub. Bunlardan ən aktualı ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi məsələsidir. Dövlətimizin başçısı dəfələrlə bu barədə olan qeyri-bərabərliyi dünya ölkələrinin diqqətinə çatdırıb. Azərbaycan Prezidenti növbəti dəfə davam edən "peyvənd millətçiliyi” ilə bağlı narahatlığını bir daha vurğulayıb. Bu tendesiya davam etdikcə inkişafda olan və yoxsul dövlətlərin öz əhalisini qorumasına mane olur.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O qeyd edib ki, bütün bəşəriyyəti bürümüş bu bəladan xilas olmağın yeganə yolu qlobal həmrəylik və dünya dövlətlərinin birgə mübarizəsidir. Azərbaycan hökuməti dəfələrlə pandemiya dövründə də qlobal həmrəyliyi irəli sürüb, bu barədə əyani fəaliyyət nümayiş etdirib. Prezident İlham Əliyev postpandemiya dövründə də dünya ölkələrinin daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlar atmağa ehtiyacı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti çıxışı zamanı İkinci Qarabağ müharibəsi və Ermənistanın yüz illərdir davam edən təcavüzkar siyasətindən danışıb. Dövlətimizin başçısı öz ənənəsinə sadiq qalaraq Azərbaycan həqiqətlərini bir daha dünya dövlətlərinin diqqətinə çatdırıb.
Ermənistanın mənfur işğalçı, cinayətkar siyasətinin davamı olan minaların xəritəsinin Azərbaycana təqdim olunmaması barədə də danışan Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistana bu barədə təzyiq göstərməlidir.
"Azərbaycan Prezidentinin ölkəmizlə bağlı bütün həqiqətləri əks etdirən çıxışları dünyaya erməni lobbisi tərəfindən dövlətimizə, millətimizə qarşı aşılanan mənfi düşüncələri aradan qaldırır”, - deyə deputat bildirib. (Azərtac)
banner

Oxşar Xəbərlər