• şənbə, 27 Aprel, 01:39
  • Baku Bakı 14°C

Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər

29.03.20 17:30 632
Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
Hazırda koronavirus infeksiyası bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi, Azərbaycanı da təhdid edir. Ona görə də martın 28-dən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan "Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının sağlamlığına nə qədər böyük diqqət yetirdiyini göstərir. Səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. 2004-cü ildən indiyədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün bütün regionlarımızda diaqnostika mərkəzləri, şəhər xəstəxanaları fəaliyyət göstərir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, "Yeni klinika” bütün müasir standartlara cavab verir və ölkənin aparıcı xəstəxanasıdır. Bu xəstəxananın fəaliyyətə başlaması koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
Deputat diqqətə çatdırıb ki, xəstəxananın açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkəmizi təhdid edən koronavirus təhlükəsinin nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlərin görüldüyünü xüsusi vurğuladı. "Əlbəttə ki, xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin səmərəliliyindən danışmaq qeyri-mümkündür. Ona görə də Prezident İlham Əliyev həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırda isə Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərirlər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Onun sözlərinə görə, belə vəziyyətdə milli təhlükəsizliyi təhdid edən koronavirus bəlasına qarşı yalnız hər bir Azərbaycan vətəndaşının milli birlik və həmrəylik nümayiş etdirməsi sayəsində səmərəli mübarizə aparıla bilər. Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün daha aktualdır. Bu, həm sıravi vətəndaşlarımızın, həm də tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.
banner

Oxşar Xəbərlər