• cümə, 19 Aprel, 15:56
  • Baku Bakı 25°C

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər

24.03.21 14:15 1400
Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər
Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTACBeynəlxalq Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.
Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.
Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.
banner

Oxşar Xəbərlər