• cümə axşamı, 28 mart, 23:12
  • Baku Bakı 13°C

Azərbaycan gimnastı Fransada iki medal qazanıb

25.03.19 12:15 732
Azərbaycan gimnastı Fransada iki medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü Arzu Cəlilova Fransanın Korbey-Eson şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıb.
"Report” xəbər verir ki, A.Cəlilova yeniyemələrin yarışında həm lent, həm də topuzla hərəkətlərdə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycanın digər gimnastlarından Nərmin Səmədova 5-ci, Veronika Qudis 6-cı, Darya Sorokina isə 7-ci yeri tutublar.
banner

Oxşar Xəbərlər