• çərşənbə axşamı, 19 mart, 12:29
  • Baku Bakı 8°C

Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır

16.08.19 15:52 9395
Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır
Azərbaycan sərhədçiləri təmas xəttində bir neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Aparat rəhbərinin sözlərinə görə, hal-hazırda Ermənistan-Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur: "Bu, böyük prossin başlanğıcıdır və davam edəcək. Bu qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərar idi. Ötən 9 ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".
E.İbrahimov deyib ki, Azərbaycan sərhədçiləri bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub: "Bu, Ermənistan silahlı qüvvələrinin döyüş postlarına və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaradıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərindən hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".
General-mayor Elçin İbrahimov bildirib ki, Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır. Bu isə Ermənistanı narahat edir. Onunsözlərinə görə, DSX tərəfindən Qazax və Ağstafanın Ermənistanla sərhəd bölgələrində düşmənin təxribatlarına lazımi cavablar verilib.
Aparat rəhbəri, həmçinin qeyd edib ki, DSX tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub. Terrorçuluğa qarşı mübarizə çərçivəsində isə 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.
banner

Oxşar Xəbərlər