• cümə, 19 Aprel, 22:12
  • Baku Bakı 24°C

Azərbaycan əhalisi ötən il istilik xidmətinin 12%-nin pulunu ödəməyib

14.01.22 10:58 274
Azərbaycan əhalisi ötən il istilik xidmətinin 12%-nin pulunu ödəməyib
2021-ci ildə "Azəristiliktəchizat" ASC-də istlik haqlarının yığım səviyyəsi əhali istehlakçı qrupu üzrə88,2 %,qeyri-əhali istehlakçı qrupu üzrə isə98,4 %,olub.
Bunu"Report"un sorğusuna cavab olaraq qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
"Əhali istehlakçı qrupu üzrə istilik haqlarının yığım səviyyəsinin nisbətən aşağı olması məcburi köçkün şəhərciyində məskunlaşmış vətəndaşlarımız üzrə istilik haqlarının ödəniş səviyyəsinin aşağı olması ilə bağlıdır", - deyə o, qeyd edib.
Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə istilik xidmətinin qiyməti əhali abonentləri üçün 1 m2 yaşayış sahəsi üzrə aylıq15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq25 qəpiktəşkil edir. İsti su tarifləri isə 2017-ci il yanvarın 1-dən dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarlıb və faktiki xərclər nəzərə alınmaqla "Azəristiliktəchizat"özü müqavilə əsasında müəyyən edir.
banner

Oxşar Xəbərlər