Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Cəmiyyət
16 Dekabr 2019, 11:15 236
Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb.
"U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.
Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir.
Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var.
Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub.