• şənbə, 20 Aprel, 18:22
  • Baku Bakı 24°C

"Azərbaycan dili öz nüfuzuna görə dünyada 20-25-ci yerdə qərarlaşır"

20.02.19 12:30 498
"Azərbaycan dili öz nüfuzuna görə dünyada 20-25-ci yerdə qərarlaşır"
Azərbaycan dili öz nüfuzuna görə dünyada 20-25-ci yerdə qərarlaşır.
Trend-in məlumatına görə, bunu akademik Nizami Cəfərov 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda çıxış edərkən deyib.
Bunu çox böyük göstərici sayan N.Cəfərov ana dilimizin təkcə tədqiq edilməsini deyil, həm də sevilməsini vacib sayıb. Akademik Azərbaycan dilini olduqca zəngin bir dil adlandırıb.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyib ki, bəzən dilimizin mahiyyətini başa düşə bilməyənlər çaşdırıcı fikirlər söyləyərək insanları çaşdırırlar: "Bəzən deyirlər ki, dilimizdən ərəb-fars sözlərini çıxaraq. Azərbaycan dilində danışan insan üçün deyilən sözün ərəb-fars mənşəli olması maraqlıdırmı?! Axı həmin alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb".
banner

Oxşar Xəbərlər