AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan diasporunun ofisini və ofis rəhbərini qarət ediblər

Azərbaycan diasporunun ofisini və ofis rəhbərini qarət ediblər

Kriminal
02 İyun 2014, 12:43 735
Bunu APA-ya açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birinci vitse-prezidenti Elsəvər Məmmədov bildirib.

O qeyd edib ki, bu yaxınlarda BAK-ın Niderland (Hollandiya) üzrə Rotterdamdakı ofisi, ardınca onun özünün şəxsi maşını qarət olunub: “Əvvəlcə ofisə basqın edib gecə ilə taladılar. Ofisi darmadağın edib, yararlı nə varsa apardılar. Bizə öz kanallarımızla məlumat daxil oldu ki, bunu Niderlanddakı ermənilər edib. Çünki son ərəfədə ermənilərin bizim aqressiyası daha da artıb. Biz yerli polisə müraciət etsək də, onlar açıq-aşkar buna hüquqi qiymət verməkdən boyun qaçıraraq, dəymiş ziyanla bağlı bizi sığorta şirkətinə yönəldirlər. Lakin, bu açıq-aşkar Avropanın ortasında bizə qarşı sui- qəsddir”.

E.Məmmədov bildirib ki, bu hadisənin ardınca ötən həftə iki dəfə onun şəxsi avtomobilinə də basqın olub: “Əvvəlcə avtomobilin nömrəsini açıb apardılar. Polisə müraciət etdikdə, heç nədən xəbəri olmadığını bildirdi. Ardınca isə avtomobilə hücum edib içindəki bahalı avadanlıqları sındırdılar, avtomobilin özünü isə əzərək tamam yararsız hala gətirdilər. Bu hadisəni də təəssüf ki, yerli hüquq-mühafizə orqanları görməzlikdən gəlir”.

E.Məmmədov deyib ki, ümumiyyətlə, Avropanın bu ölkəsində ictimai təhlükəsizlik bərbad hala gəlib: “Hər gün burada silahlı sui-qəsd, basqın və digər hallar baş verir. Ən çox da milli, etnik zəmində. Ona görə də burada ictimai təhlükəsizlik sıfır dərəcəsinə enib”.