• şənbə, 20 Aprel, 20:37
  • Baku Bakı 24°C

Azərbaycan dəmiryolçuları qlobal nəqliyyat və logistika sərgisinə qatılıb

19.05.22 16:20 436
Azərbaycan dəmiryolçuları qlobal nəqliyyat və logistika sərgisinə qatılıb

Azərbaycan dəmiryolçuları 2 illik fasilədən sonra Niderlandın Rotterdam şəhərində keçirilən ənənəvi “Breakbulk Europe-2022” Beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat innovasiyaları sərgisində iştirak edirlər.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, mayın 17-dən 19-na qədər davam edən sərgiyə 120 ölkədən mindən çox şirkət qatılıb. Tədbirdə yükdaşımalar, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan şirkətlər, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.

"Son zamanlar dünyada cərayən edən hadisələr, yaranan yeni geosiyasi reallıqlar, nəqliyyat və logistika sahəsinə ciddi təsir edib. Bunu, ilk növbədə, Asiya və Avropa arasında yükdaşımalara aid etmək olar. Avrasiya məkanında demək olar ki, nəqliyyat sistemi, logistika xəritəsi dəyişir. Azərbaycan yeni reallıqlarda, öz nəqliyyat və logistika sitemi ilə cəlbedici rol oynamağa başlayıb. Ümumən, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə indi daha çox ehtiyac duyulur. Hazırda Çin-Azərbaycan-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa nəqliyyat marşrutları böyük marağa səbəb olub.

ADY törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Ekspres”lə birlikdə sərgidə birgə stendlə iştirak edərək, Azərbaycanın logistik imkanlarını təqdim ediblər. Tədbir iştirakçılarına ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verilib. Çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsi ilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olub.

“Breakbulk Europe-2022” sərgisində müxtəlif ölkələrdən 15 mindən artıq mütəxəssis iştirak edir.

banner

Oxşar Xəbərlər