• şənbə, 20 Aprel, 16:16
  • Baku Bakı 23°C

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub

05.01.22 13:00 236
Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub
Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.
"Report"un məlumatına görə, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.
O, əvvəllər ANS, ATV telekanallarında, "Report" İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.
Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.
banner

Oxşar Xəbərlər