AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan beynəlxalq idman qurumundan çıxarılır

Azərbaycan beynəlxalq idman qurumundan çıxarılır

İdman
24 Aprel 2013, 16:53 1361
Azərbaycan Konkisürmə Federasiyası (AKF) Beynəlxalq Konkisürmə İttifaqı (ISU) üzvlüyündən xaric oluna bilər. Bu haqda Lent.az-a AKF-in vitse-prezidenti Fuad Quliyev məlumat verib.

Onun sözlərinə görə, səbəb ölkəmizdə konkisürmə növünün inkişafı üçün lazımi şəraitin yaradılmamasıdır: “2011-ci ildə İSU prezidenti Ottavio Çinkvanta Bakıya səfərə gəldi. Biz ona tezliklə konkisürmə növlərinin inkişafı üçün lazımi işləri tezliklə görəcəyimizə söz verdik. Amma üstündən 2 il keçsə də, vəd yerinə yetirilməmiş qalır”.

Quliyev bildirib ki, belə davam etsə, İSU-nun 2014-cü ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək növbəti konqresində bu haqda qərar çıxarılacaq.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində inşa edildiyi ilk illərdə buz meydançası salınsa da, tezliklə götürülüb.