• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Azərbaycan bayrağı “Lans”ın stadionundan götürüləcək

04.12.13 16:31 1236
Azərbaycan bayrağı “Lans”ın stadionundan götürüləcək
Fransanın “Lans” klubunun ev oyunlarını keçirdiyi “Bolart Delelis” stadionundan Azərbaycan bayrağı götürüləcək. Lent.az-ın məlumatına görə, stadion 2014-cü il mayın 15-də təmirə bağlanacaq.
Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus klubun prezidenti Jerve Martel bildirib ki, təmir işləri 2016-cı il Avropa çempionatı ilə əlaqədar aparılacaq. Fransada təşkil olunacaq qitə çempionatının oyunlarından bir neçəsi bu arenada da keçiriləcək. Əsaslı təmir 2014-2015-ci il mövsümünün əvvəllərinədək yekunlaşacaq. Martel bu müddətdə rəqiblərini Lill və ya Valansyen şəhərlərindəki arenada qəbul edəcəklərini açıqlayıb.
Qeyd edək ki, “Bolart Delelis” stadionu 41229 tamaşaçı tutumuna malikdir. Hafiz Məmmədov “Lans”ın sahibinə çevrildikdən sonra stadionun ən uca nöqtəsində Azərbaycan bayrağı dalğalanmağa başlayıb.
banner

Oxşar Xəbərlər