• cümə, 29 Mart, 01:57
  • Baku Bakı 7°C

Azərbaycan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq - Deputat

02.12.20 14:00 415
Azərbaycan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq - Deputat
İkinci Qarabağ müharibəsi nəticəsində bütün dünya kimin vəhşi, kimin isə sülh tərəfdarı olduğuna birbaşa şahid oldu. Erməni işğalından azad edilmiş torpaqlarda Azərbaycan xalqının milli sərvətləri talan edilib, bütün infrastruktur və tikililər dağıdılıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
Deputat bildirib ki, 30 ilə yaxındır işğal altında olan şəhər və yaşayış məntəqələrimiz dağıdılıb, talan edilib: "Üçtərəfli bəyanatın, başqa sözlə Ermənistanın kapitulyasiyasının müddəalarına əsasən erməni silahlı qüvvələri bir güllə belə atılmadan çox önəmli və böyük üç rayonumuzdan çıxıb. Lakin düşmən atdığı addımlarla uduzmağı belə bacarmadığını bir daha sübut etdi.
Əzəli torpaqlarımızdan çıxan ermənilər hər şeyi dağıdır, evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları belə özləri ilə götürür, bundan əlavə ekoloji terrora əl atır, ağacları kəsir, meşələri yandırır. Bununla da onlar Azərbaycan xalqına, o torpaqlardan məcburi qaçqın düşmüş həmvətənlərimizə mənəvi terror törətməyə cəhd edir. Lakin düşmən unudur ki, biz öz əzəli torpaqlarımız uğrunda mübarizə aparırırq və Vətənimizi canla-başla bərpa edəcəyik!
Mən, işğaldan azad edilmiş və düşmən tərəfindən viran qoyulmuş torpaqlara xarici diplomatların və KİV nümayəndələrinin səfərini təşkil edən bütün dövlət qurumlarına və rəhbərliyinə ilk öncə bir vətəndaş kimi təşəkkür edirəm. Bu səfərlər mövcud reallığı və Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün çox önəmlidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan hökumətinin və xalqının dəstəyi nəticəsində bütün işğaldan azad edilmiş bölgələrimiz bərpa ediləcək, ora həyat qayıdacaq, işğaldan azad edilmiş ərazilərin sürətli inkiafına nail olacağıq və bu, Azərbaycanın Şanlı qələbəsinin davamı olacaq”.

banner

Oxşar Xəbərlər