• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır

16.12.18 17:30 514
Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Bakıda səfərdə oldum. Bu səfər mənə Azərbaycanı daha yaxından tanımağa imkan verdi. Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirdəki çıxışlardan, eləcə də Cümhuriyyətlə bağlı nümayiş etdirilən videodan ölkənin tarixi ilə bağlı ətraflı məlumat əldə etdim.
Bu fikirləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir çərçivəsindəAZƏRTAC-a müsahibə verən Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Geoffrey Van Orden söyləyib.
Böyük Britaniyanın o dövrlərdə Cənubi Qafqazda baş verən siyasi proseslərin iştirakçısı olduğunu qeyd edən Geoffrey Van Orden deyib: "Azərbaycan XX əsrin əvvəlində Xalq Cümhuriyyəti dövründə mühüm nailiyyətlər əldə edib. Ölkəniz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də uğurlu bir yol keçib”.
O qeyd edib ki, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır.
banner

Oxşar Xəbərlər