• cümə, 29 Mart, 05:00
  • Baku Bakı 7°C

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

20.03.19 17:30 783
Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
"Azərbaycan Avropanın bir sıra ölkələrinə, o cümlədənPortuqaliyaya tekstil malları ixrac edəcək”.
Bunu "Report"a açıqlamasındaAzərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədriMehriban Axundovabildirib.
"Portuqaliyaya60-100 ton həcmində100%pambıq iplik göndərilməsi nəzərdə tutulub. Bu ölkə ilə 1 illikmüqavilə imzalanıb vəhər ayın əvvəlində satış qiymətləri razılaşdırılacaq. Bundan başqa, digər Avopa ölkələri - Böyük Britaniya,Polşa və Estoniya ilə ixraca dair danışıqlar planlaşdırılır. Estoniyaya ixrac baş tutsa, buradan Azərbaycana məxsus tekstil mallarıŞimali Avropa ölkələrinə ixrac oluna bilər”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir: "Məsələn,Rusiyaya ixrac 2016-cı ildən başlayıb.Ötən il bu ölkəyəixracın dəyəri 5 mln. ABŞ dollarından çox olub. Rusiyayaixracda hər il, təxminən, 20% artım baş verir. Bu il də bu qədər artım gözləyirik".

banner

Oxşar Xəbərlər