• çərşənbə, 24 Aprel, 22:30
  • Baku Bakı 23°C

Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub

17.09.20 14:15 576
Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub
Asiya İnkişaf Bankının (AİB) donorları Asiya İnkişaf Fondunun və xüsusi texniki yardım fondunun büdcələrinə 4 milyard dollar məbləğində əlavə vəsaitin ayrılması barədə razılıq əldə edib.
Trend bu barədə AİB-ə istinadən məlumat verir.
Məlumata əsasən, həmin vəsaitin 58 faizi və ya 2,3 milyard dollardan çoxu 30 donorun, o cümlədən iki yeni donor – Azərbaycan və Filippinin hesabına maliyyələşəcək.
Məbləğin 42 faizi və ya 1,7 milyard dolları isə daxili ehtiyatlar, o cümlədən AİB-in transfert gəlirləri və investisiya gəlirləri hesabına maliyyələşəcək.
Daha üç donorun öz öhdəliklərini təsdiq etməsindən sonra vəsaitlərin ümumi həcminin artması gözlənilir.
banner

Oxşar Xəbərlər