• cümə, 29 Mart, 15:30
  • Baku Bakı 14°C

Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

15.02.19 17:54 620
Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub
2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub.
Bu barədə Trend Türkiyə Mərkəzi Bankına istinadən məlumat verir.
Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür.
İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.
Ümumilikdə ötən il Türkiyəyə xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.
banner

Oxşar Xəbərlər