• cümə axşamı, 18 aprel, 20:31
  • Baku Bakı 21°C

Azər Badamov: "Azərbayca-Gürcüstan əlaqələri tarixi köklər üzərində qurulub"

21.07.19 18:30 17441
Azər Badamov: "Azərbayca-Gürcüstan əlaqələri tarixi köklər üzərində qurulub"
"Azərbayca-Gürcüstan əlaqələri tarixi köklər üzərində qurulub. Tarixən bu münasibətlər inkişafda olub və bu gün Azərbaycanla Gürcüstanı beynəlxalq tranzit marşurutları daha da birləşdirib". BunuSİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Azərbaycandan Avropaya qədər uzanan neft-qaz boru kəmərləri, Baki-Tiblisi Qars dəmir yolu və Qara dənizdən yüklərin daşınması üzrə qurulmuş əlaqələr siyasi münasibətləri də möhkəmlədib: "Gürcüstanın turizm bazarında Azərbaycan turistləri ikinci yedədəir. Qeyd etdiyim iqtisadi əlaqələr Gürcüstanın büdcəsinə də milyonlarla dollar qazandırır və bu, siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Amma bütün bunlarla yanaşı bu gün iki ölkə arası əlaqələrin genişlənməsindən narahat olan qüvvələr də mövcuddur. Burada erməni ssenarisi mövcuddur. "Keşkçidağ" məbədi ilə bağlı baş verən mübahisələr bu ssenarinin tərkib hissəsidir. Gürcüstanda müxalifəti və millətçi qüvvələri qızışdırmaqda bu mövzu həssas olduğundan zaman –zaman bu məsələ ortaya atılır və məbəd ərazisində insidentlər baş verir. Belə halların baş verməməsi üçün Gürcüstan hakimiyyəti daha fəal olmalı, Azərbaycan tərəfi də təxribata getməməlidir. Tərəflərarası strateji münasibətlərin qorunması hər iki ölkə üçün maraqlıdır və düşünürəm ki, yaxın zamanlarda qarşlıqlı razılaşma yolu ilə sərhədlərin damarkasiyası və delimilitasiyası başa çatacaqdır. Sərhədlərin təsdiqlənməsi torpaq iddiaların başa çatması deməkdir və düşünürəm ki, bu məsələ tezliklə həll olunacaqdır, narahatçılıqlara son qoyulacaq və Azərbaycan- Gürcüstan əlaqələri də daha da möhkəmlənəcəkdir".
banner

Oxşar Xəbərlər