• cümə, 29 Mart, 09:14
  • Baku Bakı 5°C

Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"

18.04.17 12:10 651
Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"
"ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir". Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.
A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlarlazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".
O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:"Ona görə də mən məsələ qoydum ki, Minsk qrupunun həmsədrlərindən biri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin. Biz həm də ATƏT-in Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda münaqişənin nizamlanmasını müzakirə edəcəyik".
banner

Oxşar Xəbərlər