• çərşənbə axşamı, 23 aprel, 18:12
  • Baku Bakı 20°C

AZAL-ın qaradərili futbolçusu: “Mən də bananı sevirəm”

29.04.14 14:36 1304
AZAL-ın qaradərili futbolçusu: “Mən də bananı sevirəm”
Bakının AZAL klubunun futbolçusu Viktor İqbekoyi “Barselona”nın müdafiəçisi Daniel Alvesin İspaniya çempionatının 35-ci turunda “Vilyarreal”la oyun zamanı davranışını şərh edib. Nigeriyalı yarımmüdafiəçi Lent.az-a açıqlamasında Alvesin ona atılan bananı yeməsini düzgün addım sayıb.
İqbekoyi deyib: “Mən də bananı sevirəm. Oyun vaxtı mənə də banan atsaydılar, onu götürər və qüvvət almaq üçün yeyərdim. Lap Alves kimi. Bu, ən yaxşı addımdır”.
28 yaşlı futbolçunun sözlərinə görə, oyun vaxtı azarkeşlərin belə hərəkətinə etiraz etməsinə gərək yoxdur: “Nəyə görə etiraz etməliyəm? Mənim əvəzimə ilk növbədə Allah etiraz edəcək. Ola bilsin, klubumdan sonra yaxşı azarkeşlərimiz də narazılığını bildirəcəklər”.
Qeyd edək ki, Daniel Alvesə banan İspaniya çempionatının 35-ci turunda “Vilyarreal”la oyun zamanı atılıb. Həmin vaxt “Barselona” 1:2 hesabı ilə geridə olub. Braziliyalı müdafiəçi irqçilik əlaməti olan bananı yerdən götürərək, yeməyə başlayıb. Sonradan Alves meyvədən güc almaq üçün onu yediyini bildirib.
banner

Oxşar Xəbərlər