• çərşənbə, 24 Aprel, 15:39
  • Baku Bakı 27°C

AZAL-ın Budapeşt-Bakı istiqaməti üzrə çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı

19.03.20 11:22 767
AZAL-ın Budapeşt-Bakı istiqaməti üzrə çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı
Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətin-dən Trend-ə bildirilib ki, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir - dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və "Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın Milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.
banner

Oxşar Xəbərlər