• çərşənbə, 24 Aprel, 20:00
  • Baku Bakı 23°C

AZAL daha bir çarter reysi ilə 107 azərbaycanlını ölkəyə çatdırdı

18.03.20 20:51 664
AZAL daha bir çarter reysi ilə 107 azərbaycanlını ölkəyə çatdırdı
Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aviaşirkət Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər.
Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib. Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
banner

Oxşar Xəbərlər