• cümə, 19 Aprel, 08:02
  • Baku Bakı 13°C

Azad Kərimli: onkoloji xəstəliklərdən sağalanların sayı artır

15.06.21 16:45 325
Azad Kərimli: onkoloji xəstəliklərdən sağalanların sayı artır
Onkoloji xəstəliklərdən əziyyət çəkənlər arasında sağalma halları əvvəlki illərlə müqayisədə çoxalıb.
Bu barədəAZƏRTAC-a Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli məlumat verib.
Baş onkoloq bildirib ki, indi onkoloji xəstəlik diaqnozu qoyulanlar daha uzun ömür sürə bilirlər: "Əsas səbəb xəstəliklərin vaxtında aşkarlanması və müalicə zamanı müasir dərman preparatlarından istifadə edilməsidir. Bütün bunlara baxmayaraq, dünyada olduğu kimi Azərbaycanda da xərçəng xəstəliyinə tutulanların sayı artmaqdadır. Lakin onu da qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası onkoloji xəstələrin sayının artmasına səbəb olan amillərdən deyil”.
banner

Oxşar Xəbərlər