• çərşənbə, 24 Aprel, 10:10
  • Baku Bakı 13°C

Azad edilən ərazilərə icazəsiz keçmək istəyən iki nəfər saxlanıldı

20.11.21 10:50 253
Azad edilən ərazilərə icazəsiz keçmək istəyən iki nəfər saxlanıldı
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanKaspi.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda "VAZ” markalı avtomobil saxlanılıb. Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər