• cümə axşamı, 25 aprel, 08:16
  • Baku Bakı 14°C

Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

14.11.22 16:15 1506
Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.

ANAMA-dan Kaspi.az-a verilən məlumata görə, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

banner

Oxşar Xəbərlər