• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

“Ayntraxt”ın futbolçusu: “Bizi çətin oyun gözləyir”

21.08.13 18:04 1153
“Ayntraxt”ın futbolçusu: “Bizi çətin oyun gözləyir”
“Bizi sabah “Qarabağ”la çətin oyun gözləyir. Bundesliqanın ötən turunda “Bavariya”ya qarşı əzmkarlığımızı burda da göstərmək istəyirik. Ümid edirik ki, mərhələ keçən tərəf biz olacağıq”. Lent. az-ın məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” komandasının futbolçusu Aleksandr Mayer Avropa Liqasında “Qarabağ”la avqustun 22-də keçirəcəkləri ilk “pley-off” matçı öncəsi deyib.
30 yaşlı hücumameylli yarımmüdafiəçi Pirmin Şveqlerin yoxluğunda “Ayntraxt”ı kapitan kimi meydana çıxaracağını söyləyib. O, qol vurmaq yox, komandasının qələbəsini özü üçün vacib sayıb. 7 il öncə “Ayntraxt”ın heyətində Çempionlar Liqasında meydana çıxdığını xatırladan Mayer beynəlxalq oyunları başqa hiss adlandırıb.
Qeyd edək ki, sabah Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər