• cümə, 29 Mart, 15:30
  • Baku Bakı 14°C

“Ayntraxt” Bakıda

21.08.13 15:30 1675
“Ayntraxt” Bakıda
Avqustun 22-də futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”la qarşılaşacaq Almaniya “Ayntraxt”ı Bakıya gəlib. Lent.az-ın məlumatına görə, “Ayntraxt”ı Heydər Əliyev Beynəlxalq Aeroportuna çarter reysi ilə uçan təyyarə gətirib.
Rəqib komanda hava limanından qalacağı otelə yollanıb. Saat 18:00-da baş məşqçi Armin Fe Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra isə “Ayntraxt” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq.
Qeyd edək ki, Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı sabah saat 21:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər