Çayı belə saxlamaq lazımdır

Azərbaycanda heç bir evi çaysız təsəvvür etmək mümkün deyil. Çayın
vətəni uzaq Çin hesab olunsa da, bizim ölkədə də özünəməxsus çay mədəniyyəti
formalaşıb. Çay - təkcə susuzluğu yatıran içki kimi qiymətləndirilmir. Çay
süfrəsi, eyni zamanda, səmimi bir atmosfer yaradaraq insanları bir-birinə
yaxınlaşdırır, yadları dostlaşdırır.
Çayın uzun müddət dadını və keyfiyyətini qoruması üçün onun lazımi qaydada saxlanması vacibdir. Quru çayı kip bağlanmış bankalarda saxlamaq lazımdır. Belə olanda çayın ətri itməyəcək və ya qoxuları özünə hopdurmayacaq. Həm də çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir.
Çay ağzı kip bağlı qablarda saxlanmalıdır
Çayın keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. İstifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır. Belə qablarda çay sanki "boğulur”, və plastik qoxusu çaya hopur.
Plastik qablar çayın saxlanılması üçün tamamilə yarasızdır. Çünki plastik qab çayın nəmlənməsini gücləndirir. Quru çay ev şəraitində kip bağlanan şüşə və ya keramika qablarında saxlanılmalıdır.
Çayı sərin, quru, təmiz, qaranlıq və havası tez dəyişilən yerdə saxlayırlar. Əsas odur ki, həmin yer havasız olmasın. Sərin yerdə saxlanılan çayın qablaşdırılması nə qədər ideal olursa olsun, çay nəmlənəcək.
Quru çayı birbaşa gün şüalarının altında da saxlamaq olmaz. Quru çayı sirkədən, sarımsaqdan və başqa ətirli ərzaqlardan uzaqda saxlamaq vacibdir.
Çay yaxşı şəraitdə bir neçə ay, hətta bir neçə il qala bilər. Bu zaman keyfiyyətini itirməz. Məsələn, ağzında tıxacı olan şüşə qabda çay 10 ilədək qala bilər. çünki belə qabda nəmlik dərəcəsi 3-4 faiz olur. Rütubət çayda müxtəlif göbələklər yaradır, aşağı temperatur isə çayı turşudur.
İdeal halda çay mətbəxdən kənarda saxlanılsa, yaxşı olar. Çünki bu halda çay rütubətdən, pis qoxulardan və temperatur fərqindən qorunmuş olacaq.
Digər tərəfdən, dəmlənmiş çayı da digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.
Çayın faydaları
Azərbaycanlılar çaya adi içki kimi yox min dərdin dərmanı kimi yanaşırlar. Soyuqdəymədə, qızdırmalı olanda, qızışmaq istəyəndə çay içilir. Ümumiyyətlə, çayın faydaları çoxdur.
Məsələn, Çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini. Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır.
Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır. Bədəndəki zərərli maddələri yox edir. Böyrəklərin daha yaxşı işləməsini təmin edir.
Günün istənilən saatında içilən çay yorğunluğu aradan qaldırır, bədəni rahatladır. Təbii ki, bu da onun tərkibindəki maddələrin sayəsində olur.
Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir.
Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Yaşıl çay sağlamlıq və cavanlıq iksiri kimi də qəbul olunur. Qeyd edək ki, yaşıl çay insana enerji gətirir, heyvan yağlarını əridir, həzm sisteminə müsbət təsir göstərir. Xeyirli xüsusiyyətləri ilə yanaşı yaşıl çay dadı və görünüşü ilə də cəlb edir.
Digər tərəfdən, xüsusilə də dəbli xanımlar və sağlamlıqlarının qeydinə qalanlar yaşıl çaydan bol istifadə etməyə çalışırlar.
Nə vaxt çay zəhərə çevrilir?
Gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Bundan əlavə axşam dəmlənən çayı səhər içmək olmaz.
Qara çayın tərkibindəki maddələr beyində elektrik fəaliyyətini sürətləndirərək xəbərdaredici təsir göstərir. Bu isə insanda diqqətin artmasına kömək olur. Lakin mütəxəssislər çayın gün ərzində 1-6 fincandan çox içilməməsini məsləhət görür. Üstəlik, çay açıq və şəkərsiz içilməlidir.
Qaynar çay içmək çox zərərlidir. Qaynar çayı alkoqol və siqaret ilə birgə istifadə etdikdə qida borusunun xərçəngi riski artır.
Ümumiyyətlə isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çay isə bir stəkan su ilə əvəz edin.
Yaşıl çay çox güclü antioksidant hesab olunur. Lakin aparılan çoxsaylı təcrübələr hədsiz dərəcədə çox antioksidant qəbulunun orqanizmə zərər verdiyini göstərir. Bununla yanaşı müxtəlif xəstəliklər inkişaf etməyə başlayır. Orqanizm müəyyən bakteriyalara qarşı müqavimət göstərə bilmir. Bu səbəbdən də yaşıl çayı çox içmək olmaz. Əgər gün ərzində 5-6 orta ölçülü fincan yaşıl çay içirsinizsə, bu, orqanizmə heç bir ziyan vurmayacaq. Lakin gün ərzində 1,5 litrdən çox tünd dəmlənmiş yaşıl çay içənlər sağlamlığına zərər vururlar.
Yaşıl çay haqqında bilmədiklərimiz
Yaşıl çay əsəb sisteminə də mənfi təsir göstərir. Tünd dəmlənmiş halda yaşıl çay əsəblərin oyanmasına gətirib çıxarır. Belə ki, yaşıl çayın tərkibində qəhvəyə nisbətən kofein (tein) daha çoxdur. Bu səbəbdən də əsəb xəstəliklərindən əziyyət çəkən insanlara yaşıl çay çox içmək məsləhət deyil. Tez-tez əhvalı dəyişən insanlara da yaşıl çay mənfi təsir göstərir. Yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam vaxtı yaşıl çay içmək olmaz. Yaşıl çay yuxusuzluq yaradır. Gecə sağlam insanlar yaşıl çay içdikdə yuxuları qaçır.
Həkimlər bildirirlər ki, ürək-damar sistemi ilə bağlı problemləri olanlara da yaşıl çay içmək məsləhət deyil. Bu içkinin tərkibində olan maddələr ürək döyüntüsünü çoxaldır ki, bu da xəstəliyin kəskinləşməsinə səbəb olur. Yaşıl çay ürək döyüntüsünün ritminin pozulmasına da səbəb ola bilər. Yaşıl çay mədəni də qıcıqlandırdığı üçün ac qarına içmək məsləhət deyil. Çoxu bilir ki, yaşıl çay həzm prosesini sürətləndirir. Deməli, yaşıl çay mədənin şirə ifrazını da sürətləndirir. Bu səbəbdən də mədə boş olduqda yaşıl çay mədədə yaraya çevrilə bilən eroziyalar yaradır. Xüsusilə də, mədəsində yara, mədə iltihabı olanlar acqarına çay içməməlidirlər. Düzdür, vaxtlı-vaxtında, həkim məsləhəti ilə yaşıl çayı içəndə bu problemlərə müsbət təsir göstərə bilər.
Terapevtlər qeyd edirlər ki, xroniki mədə xəstəliklərinin kəskinləşməsi dövründə isə ümumiyyətlə, yaşıl çaydan imtina etmək lazımdır. Yaşıl çayı spirtli içki ilə birlikdə içmək də təhlükəlidir. Əvvəlcə insanı yüngülləşdirsə də, sonradan ürək-damar və əsəb sisteminə, böyrəklərə mənfi təsir göstərir.
Yaşıl çayın spirtli içki ilə qəbulu infarkta da səbəb ola bilər. Spirtli içkilər və yaşıl çay sidikqovucu effektə malikdir. Onların birləşməsi orqanizmin qəfil susuzlaşmasına gətirib çıxarır. Bu isə öz növbəsində əsəb gərginliyi, aqressiyaya, sonra isə enerjinin azalması ilə nəticələnir.
Spirtli içki ilə yaşıl çayı birgə içmək?
Spirtli içki ilə yaşıl çay içmək dərinin də qocalmasına gətirib çıxarır. Əhmədovun dediyinə gör, yaşıl çay bir qrup insanların təzyiqini normal edir. Təzyiq yuxarıdırsa, aşağı salır, aşağıdırsa qaldırır. Yaşıl çayı içdikdən sonra təzyiqin çox qalxmasından və ya kəskin enməsindən şikayət edənlərinsə, orqanizmi bu çayı qəbul etmir. Əgər yaşıl çay içdikdən sonra özünüzü yorğun hiss edirsinizsə və ya başınız ağrımağa başlayırsa, deməli, bu içki sizə düşmür. Ya bu içkidən imtina edin, ya da az miqdarda və açıq dəmlənmiş şəkildə için.
Ümumiyyətlə, tam sağlam olduqda belə yaşıl çay içdikdən sonra səhhətinizdəki dəyişikliklərə fikir vermək lazımdır. Əgər çay içdikdən sonra sizdə qıcqırma olursa, deməli çay keyfiyyətsizdir.
Yaşıl çay seçiminə gəlincə, məşhur markalardan olan yaşıl çayları almaq məsləhətdir. Çünki paket və ya toz şəklində olan yaşıl çaylarda isə əlavələr çox olur. Bu cür çaylar həm lazımi effekti vermir, həm də dadına görə gül və yarpaq şəklində olan çaylardan geri qalır.
Dəmlənmə qaydası da çayın keyfiyyətinə təsir göstərir
Düzgün dəmlənməmiş yaşıl çay orqanizmə zərər verə bilər. Yaşıl çayı 3-4 dəfə dəmləmək olar. Belə ki, yaşıl çay ancaq ikinci dəmləmədən sonra açılmağa və dadını tam göstərməyə başlayır. Yaşıl çayın iyi də ikinci dəmləmədən sonra daha yaxşı hiss olunur. Lakin 2-3 saatdan sonra yaşıl çay öz xeyirli keyfiyyətlərini itirir və sadəcə susuzluq hissini yatıran içkiyə çevrilir. Dəmləmədən 12 saatdan sonra isə yaşıl çay toksik və zərərli maddələr ifraz etməyə başlayır. Bu zərərli maddələr isə orqanizmdə toplanmaq xüsusiyyətinə malikdirlər".
Ona görə də çayı bir dəfə içmək üçün dəmləmək lazımdır. Dəmləmə zamanı yaşıl çay tez açılsın deyə əvvəlcə yaşıl çayı örtəcək qədər su əlavə etmək lazımdır. Çaylar şişdikdən sonra iki barmaq qədər də su əlavə edin. 5-7 dəqiqə gözlədikdən sonra çayın dəmləndiyi çaydana suyu axıra kimi əlavə edin.
Qara çay qablaşdırılmış quru çayın isti suda dəmlənməsi ilə hazırlanır və dəmlənmə əsnasında kofein, orqanik turşular, polifenol törəmələri və mineralların bir qismi suya keçir. Çayın dadı da polifenol törəmələri və kofeindən qaynaqlanır. Dəmlənmə müddəti uzandıqca, bu elementlərin suya keçən miqdarları da artır. İki-üç dəqiqə 180 ml qaynar su ilə dəmlənmiş çayda 30 mg miqdarında kofein olur. Dəmləmə müddəti uzandıqca bu miqdar təxminən 60 mg-a qədər artır.
İnsan orqanizmindəki hüceyrə və toxumalarda gün ərzində milyonlarla kimyəvi əməliyyat reallaşır. Bu kimyəvi əməliyyatlar nəticəsində sərbəst radikallar olaraq adlandırılan maddələr ortaya çıxır. Bu sərbəst radikallar hüceyrə DNT, zülallar və lipidlərə zərər verərək, bir müddətdən sonra ürək xəstəlikləri, xərçəng, sinir sistemi xəstəliklərinə səbəb olur. Bu zərərli maddələri bədəndən atan, hüceyrələrə zərər verə bilməyəcək hala gətirən sistem isə antoksidantdır. Çayın içərisində olan polifenollar isə güclü antioksidantdır.
Mütəxəssislərin son illərdə çay mövzusunda apardığı araşdırmalarda çayın sağlamlıq baxımından təsirləri tədqiq edilib və tərkibindəki polifenollar (ən qüvvətli olanı EGCg), flavanoidlər və kateşinlərin gündə 1-6 fincan çay içdikdə 1 həftə sonra plazma antioksidant tutumunu artırdığı müəyyən olunub. Eyni zamanda çayda olan yüksək səviyyədəki flavanoidlərin hüceyrə və toxumalardakı oksidativ zərərin qarşısını aldığı da müşahidə edilib.
Çay içmək arıqlamağı çətinləşdirir
Çayı şəkərli içməyə vərdiş etdikdə ürək xəstəlikləri inkişaf edir, kökəlməyə meyllilik artır. Yemək zamanı tünd çay içmək qidalardan alına biləcək dəmir qəbulunun azalmasına səbəb ola bilər. Qara çay açıq və limon dilimi qoyularaq içildikdə dəmir əskikliyi anemiyası olan xəstələrə də heç bir mənfi təsir göstərmir. Çay açıq içildikdə heç bir qidanın içindəki mineralların bədən üçün faydalılığına mənfi təsir etmir.
Qara çayın tərkibində olan kofein beyində informasiya emalı və yaranan problemə qarşı sürətli və müsbət cavab yaradılması qabiliyyətini təmin edir. Gündə 6 fincana qədər çay içmək oyaq qalmağınıza və diqqətinizin maksimum cəmlənməsini təmin edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən "Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Lakin hər bir şey qədərindən artıq olanda, problem yaradır. Eynilə, artıq
və vaxtsız içilən çay da dərd verməkdən başqa bir işə yaramır. Tez-tez içilən
çay orqanizmə mənfi fəsadlar verir. Həkimlər məsləhət görür ki, heç olmasa
həftədə iki dəfə səhər yeməyində çayı meyvə suyu ilə və yaxud süd ilə əvəz
olunsun. Çünki çayda olan bəzi maddələr qidadan alına biləcək dəmirin miqdarını
azaldır.