• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

AXC qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib

26.05.20 20:15 550
AXC qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi "Respublika günü” ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.
Dövlət Komitəsindən verilən məlumata görə, Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını "Respublika günü" münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Diaspor TV-də Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.
banner

Oxşar Xəbərlər