AXC-nin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası start götürdü
"Veysəloğlu Qrup”un baş sponsorluğu, Xəzər
Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzinin və ATGTİ-nin
birgə layihəsi olan III Tələbələrarası Məntiq Olimpiadası start götürüb. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan olimpiadanın
ilk turunda ölkənin müxtəlif universitetlərinin tələbələri final mərhələsinə
yüksəlmək uğrunda mübarizə aparıblar. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan
Texnologiya Universitetinin inzibati binasında baş tutan Məntiq Olimpiadasının
birinci mərhələsində ümumilikdə 3177 tələbə iştirak edib və final mərhələsinə
200 nəfər vəsiqə qazanıb.
Qeyd edək ki, Məntiq Olimpiadasının
final mərhələsi mayın 13-də, mükafatlandırma mərasimi isə 24-də baş tutacaq.
İlk 10 yeri tutan iştirakçılara "Veysəloğlu Qrup” tərəfindən qiymətli hədiyyələr
və diplom təqdim olunacaq. Məntiq Olimpiadasının qalibinə isə əlavə olaraq Xəzər
Universitetində iki illik ödənişsiz MBA təhsili almaq şansı qazanacaq.