AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çavuşoğlu: “Rusiyanın turizmlə bağlı əleyhimizə siyasət apardığını hesab etmirik”

Çavuşoğlu: “Rusiyanın turizmlə bağlı əleyhimizə siyasət apardığını hesab etmirik”

Təfsilat
10 İyun 2021, 09:45 85
"Bəzi sahələrdə fikir ayrılıqlarımız olsa da, biz qonşu Rusiya ilə prinsipial və yaxşı əlaqələr qururuq”.
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin xarici əlaqələri şəffaf və prinsipial olduğu üçün bütün ölkələrlə əməkdaşlığa açıqdır: "Rusiyadan təbii qaz və neft alırıq, amma biz həm də bir NATO müttəfiqiyik. Doğrudur, Türkiyə üzvü olduğu NATO-ya bir yanlışı olduğu zaman buna qatılmasa da, ən önəmli müttəfiqidir, fəaliyyətlər baxımından ilk beşinci sıradadır, büdcə dəstəyi baxımdan isə ilk səkkizlikdədir. Amma bizim prinsipial mövqeyimiz Rusiya ilə əməkdaşlığımıza da mane olmur. Turizm sahəsində Rusiyanın bizim əleyhimizə siyasət aparacağını hesab etmirik. Bunu cənab Putin də vurğuladı. Nazir müavinimiz Sedat Önalın Ruisya tərəflə danışıqları olub, uçuşların da başladılması ilə bağlı razılığa gəlməkdədirlər”, deyə M.Çavuşoğlu qeyd edib.