• çərşənbə axşamı, 19 mart, 11:56
  • Baku Bakı 8°C

Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"

17.02.20 11:06 1268
Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"
Türkiyəvə RusiyahökumətləriSuriyanınİdlibvilayətimövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir.
APAxəbər verir ki, bunu Rusiyanın "İzvestiya” qəzetinə verdiyi müsahibəsindəTürkiyə Xarici İşlər Nazirliyinin rəhbəriMövlud Çavuşoğludeyib.
"Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı bazar ertəsi, nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, - deyə türkiyəli nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-olmadığını göstərəcək.
banner

Oxşar Xəbərlər