Avstriyada tanınmış jurnalist qətlə yetirilib

Avstriyada tanınmış jurnalist qətlə yetirilib

Təfsilat
22 Avqust 2019, 20:15 10465
Avstiyanın tanınmış idman fotoqrafı və jurnalisti Frits Duras Vyana şəhərində qətlə yetirilib. Bu barədə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) mətbuat xidməti məlumat verib. Mənbənin məlumatına görə, insident avqsutun 19-da Vyananın Zimmerinq rayonunda yaşanıb. Jurnalisti 17 yaşlı oğlan öldürüb. Onun hansı səbəbdən 57 yaşlı jurnalistə hücum etməsi məlum deyil. Əsas fəaliyyətilə yanaşı jurnalist Vyananın "Austriya" fanat klubunun rəhbəri olub. O, həmçinin, Robert Tsollesin agentliyində futbol üzrə təkminləşən fotoqraf kimi çalışıb. Duras həm "AIPS", həm də Avstriyanın İdman Mətbuatı Assosiasiyasının tərkibinə daxil idi.