şənbə, 02 Iyul, 00:34

Baku Bakı 22°C

Avropa Şurası Ukrayna əhalisinin hüquqlarını qorumaq üçün səylərini əsirgəməyəcək

icon 157 icon 20 may 2022 | 15:00 Avropa Şurası Ukrayna əhalisinin hüquqlarını qorumaq üçün səylərini əsirgəməyəcək

“Avropa Şurası Ukrayna əhalisinin hüquqlarını Rusiyanın işğalçı siyasətindən qorumaq üçün səylərini bundan sonra da əsirgəməyəcək. Bu, hazırkı gündəlikdə duran ən vacib məsələdir. Rusiya və Belarusun vətəndaş cəmiyyətləri ilə də işləmək çox vacibdir”.

"Report" xəbər verir ki, bu fikirləri Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç təşkilatın Nazirlər Komitəsinin Turində keçirilən 132-ci iclasında bildirib.

“AŞ Ukraynada baş verənləri dəhşət içində izləyir. Hamımız sülhün və insan hüquqlarının təmin edilməsi üçün çalışmalıyıq. Hazırda bu hüquqların fəal şəkildə pozulduğu Ukraynada isə bu xüsusilə əhəmiyyətlidir”, - xanım diplomat deyib. Mariya Peyçinoviç-Buriç Ukraynanın Buça, Xarkov və digər bölgələrində baş verən faciələr və insan itkiləri barədə danışıb.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.