AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Parlamentinin Prezidenti: “Münaqişələr dondurulmuş qala bilməz”

Avropa Parlamentinin Prezidenti: “Münaqişələr dondurulmuş qala bilməz”

Təfsilat
21 Aprel 2021, 14:30 1300
"Ötən il Avropa Şurasına üzv olan iki ölkə arasında müharibə baş verdi. Bu onu göstərir ki, dövlətlər arasında münaqişələr dondurulmuş qala bilməz”.
 
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
 
D. Sassoli çıxışında sülhün əhəmiyyətinə toxunaraq üzv dövlətləri bir-birlərinə dəstək olmağa çağırıb.
 
Qeyd edək ki, David Sassoli ötən il Avropa Şurasına üzv olan iki ölkə arasında müharibə baş verdiyini deyərkən, Azərbaycan və Ermənistan arasında müharibəni nəzərdə tutur.