AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Parlamentində Xocalı faciəsini anım mərasimi keçiriləcək

Avropa Parlamentində Xocalı faciəsini anım mərasimi keçiriləcək

Siyasət
21 Fevral 2013, 13:51 1368
Fevralın 26-da Avropa Parlamentində Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək. AAC-dan APA-ya verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, beyin mərkəzlərinin təmsilçiləri, həmçinin media nümayəndələri də iştirak edəcək.

Tədbirdə Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr olacaq. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.