• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

“Avropa Oyunları olimpiya standartlarına uyğun keçirilir”

19.06.15 16:28 2225
“Avropa Oyunları olimpiya standartlarına uyğun keçirilir”
“İlk Avropa Oyunları olimpiya standartlarına uyğun keçirilir”.
APA-nın məlumatına görə, bu barədə SSRİ və Rusiyanın əməkdar idman məşqçisi, Rusiyanın batut gimnastikası üzrə komandasının baş məşqçisi Oleq Zaporojçenko Rusiyanın “vestnik kavkaz” portalına açıqlamasında deyib. O, bildirib ki, oyunların təşkilatçılıq səviyyəsi də beynəlxalq standartlara uyğundur: “Bakıda hər cür şərait yaradılıb. Hətta avtobuslarla bağlı hər 10 dəqiqədən bir mesajlar gəlir. Gözəl idman obyektləri var. Ən əsası, Bakıdakı insanlar qonaqpərvərdir. Bunlar hamısı çox gözəldir”.
Rusiyalı məşqçi hesab edir ki, Bakı 2015 Avropa xalqlarını da yaxınlaşdırmağa kömək edəcək: “Bu yarışlar Avropa xalqlarını yaxınlaşdırır. Burada həm idmançılar, həm də məşqçilər bir-birinə hörmətlə yanaşırlar. Bu cür ünsiyyət bir-birinə hörmətin və mədəniyyətin göstəricisidir”.
banner

Oxşar Xəbərlər