• cümə axşamı, 18 aprel, 20:33
  • Baku Bakı 21°C

Avropa Liqası: Pley-off-da daha bir Azərbaycan təmsilçisi

12.08.13 15:33 1145
Avropa Liqası: Pley-off-da daha bir Azərbaycan təmsilçisi
AFFA rəsmisi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Kuban" (Krasnodar, Rusiya) - "Feyenord" (Hollandiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Bu görüş avqustun 22-də baş tutacaq. Krasnodar şəhərindəki oyun "Kuban" stadionunda keçiriləcək.
Qeyd edək ki, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” Almaniyanın “Ayntraxt” klubu ilə görüşəcək.
banner

Oxşar Xəbərlər