• cümə axşamı, 25 aprel, 05:38
  • Baku Bakı 19°C

Avropa Komissiyası ABŞ-a səfər məhdudiyyətlərinin ləğv edilməsinə tərəfdardır

04.08.21 12:40 225
Avropa Komissiyası ABŞ-a səfər məhdudiyyətlərinin ləğv edilməsinə tərəfdardır
Avropa Komissiyasının (AK) rəhbəriUrsula fon der Leyenhesab edir ki, koronavirusun yayılması templərini azaltmaq üçün Avropa İttifaqına (Aİ) üzv ölkələrin vətəndaşlarının ABŞ-a səfərinə tətbiq edilən məhdudiyyətləri mümkün qədər tez ləğv etmək lazımdır.
Bu barədə"Report”TASS agentliyinə istinadən xəbər verir.
"Hər iki tərəf üçün bərabər səviyyəli qaydaların tətbiq edilməsinə təkid edirik. ABŞ və Aİ-də epidemioloji vəziyyət oxşardır", - AK rəhbərinin müsahibəsində deyilir.
O bildirib ki, Avropa İttifaqı ABŞ vətəndaşlarının səfərinə tətbiq edilən məhdudiyyətləri hələ iyun ayında ləğv edib.
Xatırladaq ki, ABŞ PrezidentiCozef Baydeniyul ayında bildirmişdi ki, pandemiya səbəbindən Aİ vətəndaşlarının səfərinə tətbiq edilən məhdudiyyətlər yaxın zamanlarda ləğv edilə bilər. O, hazırda bununla bağlı mütəxəssislərdən rəy gözlədiyini deyib.
banner

Oxşar Xəbərlər