Avropa İttifaqı Nümayəndəliyi Dənizkənarı Milli Parkda fotosərgi təşkil edir
Dənizkənarı
Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi
"Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir.
Sərgi açıq havada "Park Bulvar” ticarət mərkəzinin yanındakı foto qalereyada
nümayiş etdirilir.
Sərginin
keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən
layihələr barədə məlumatlandırmanı artırmaqdır.
Sərgidə
nümayiş olunan 100-dən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda
kənd yerləri və regionların inkişafı,
ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata
keçirdiyi layihələr, müxtəlif növ mədəniyyət
tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini
tapıb.
Sərgi bir
ayadək davam edəcəkdir.