• cümə axşamı, 28 mart, 14:26
  • Baku Bakı 16°C

Avropa İttifaqı Azərbaycanın ən iri investorudur

12.07.19 15:23 9154
Avropa İttifaqı Azərbaycanın ən iri investorudur
Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin materiallarında deyilir.
Qeyd olunur ki, Aİ ticarət sahəsində Azərbaycanın ən iri tərəfdaşıdır: "2018-ci ildə Aİ-nin Azərbaycanın ticarətində payı 41,7 faiz təşkil edib. Aİ Azərbaycan üçün ən iri ixrac (54,3 faiz) və idxal (20,3 faiz) bazarıdır”.
Aİ-nin Azərbaycandakı biznes mühiti ilə bağlı beş prioritet islahatı arasında vergi, gömrük, təhsil, hüquq və maliyyə sahələrində şəffaflığın və sabitliyin təmin olunması yer alıb.
banner

Oxşar Xəbərlər