AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Birliyinin komissarı Ştefan Füle Azərbaycana gəlib

Avropa Birliyinin komissarı Ştefan Füle Azərbaycana gəlib

Siyasət
02 May 2013, 16:00 1512
Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycana gəlib.

AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Ş. Füle Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı Azərbaycan-AB ikitərəfli əlaqələri və noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı məsələlər müzakirə ediləcək.

Ş. Füle mayın 3-də Azərbaycan Diplomatik Akademiyasında nitq söyləyəcək və mətbuat konfransı keçirəcək.