• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Avroliqada finalçılar bəlli olub - Nəticələr

02.05.14 10:15 1228
Avroliqada finalçılar bəlli olub - Nəticələr
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İspaniyanın "Sevilya” və Portuqaliyanın "Benfika” klubları finala vəsiqə qazanıblar.
İspaniya duelində meydan sahibləri səfərdə buraxdıqları 2 topun əvəzini çıxmalı idilər. 10 il əvvəl UEFA kubokunu qazanan "Valensiya” öz meydanında "Sevilya”yanın qapısından 3 top keçirib. Amma "Sevilya” əlavə edilmiş vaxtda 1 qol vuraraq "Valensiya”nın arzularının üstündən xətt çəkib. "Sevilya” rəqib meydanında vurduğu qol hesabına finala yüksəlib.
"Yuventus” isə mayın 14-də doğma şəhərində keçiriləcək həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. Oyundan əvvəl məhz turinlilər favorit sayılsalar da, "Benfika”nın etibarlı müdafiəsi italiyalılara heç bir şans verməyib. Hətta portuqaliyalıların iki oyunçusunun 67-ci və 89-cu dəqiqələrdə qırmızı vərəqə alaraq meydandan qovulması belə "Yuventus”a kömək etməyib. "Benfika” öz meydanındakı qələbə sayəsində finala yüksəlib.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
1 may
"YUVENTUS” (İTALİYA) – "BENFİKA” (PORTUQALİYA) - 0:0
Qırmızı vərəqə: Perez, 67 ("Benfika")
Baş hakim: Mark Kalattenburq (İngiltərə)
Turin. "Yuventus” stadionu
İlk oyun – 1:2
"VALENSİYA” (İSPANİYA) – "SEVİLYA” (İSPANİYA) - 3:1
Qollar: Feghouli, 14; Beto, 26; Mathieu, 70 - M Bia
Baş hakim: Milorad Majiç (Serbiya)
Valensiya. "Mestalya” stadionu
İlk oyun – 0:2/apasport/
banner

Oxşar Xəbərlər