• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

Avrokomissar: "Pandemiyanın yaratdığı resesiya avrozona üçün təhlükədir"

11.07.20 14:30 513
Avrokomissar: "Pandemiyanın yaratdığı resesiya avrozona üçün təhlükədir"
COVID-19 pandemiyası üzündən ortaya çıxan resesiya Avropa İttifaqı (Aİ) üçün təhlükədir.
"Report” "Die Welt”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarıPaolo Centilonibildirib.
"Resesiya gözlənildiyindən daha dərindir, avrozona ölkələri arasında iqtisadi inkişaf fərqləri də hələ yazda güman etdiyimizdən daha da artıb. Əvvəllər daim dilə gətirdiyimiz təhlükə artıq gerçəkləşir: pandemiyanın yaratdığı resesiya avrozonanı parçalaya bilər”.
Qeyd edək ki, Avropa İttifaqı iqtisadiyyatının pandemiyadan sonrakı dövrdə dirçəlməsi üçün nəzərdə tutulan 750 milyard avroluq fond, habelə 2021-2027-ci illər üçün 1,85 trilyon avroluq büdcəni razılaşdırarkən çətinliklər ortaya çıxıb. Bununla bağlı Avropa Komissiyasının prezidentiUrsula fon der Leyenbəyanat verərək bütün üzv ölkələri 17-18 iyul tarixlərində keçiriləcək Aİ zirvə görüşündə büdcəyə dair razılığa gəlmək üçün əllərindən gələni etməyə çağırmışdı.
banner

Oxşar Xəbərlər