• şənbə, 20 Aprel, 19:56
  • Baku Bakı 24°C

AVRO-2020: Yarımfinal cütləri bəlli olub

04.07.21 11:09 257
AVRO-2020: Yarımfinal cütləri bəlli olub
AVRO-2020-nin İngiltərənin paytaxtı Londonda təşkil olunacaq həlledici matçlarının iştirakçıları bəlli olub.
Apasport.az saytının məlumatına görə, "Uembli”də baş tutacaq yarımfinal oyunlarına son vəsiqəni İngiltərə qazanıb.
Futbolun yaradıcıları 1/4 finalda Ukrayna üzərində qələbə ilə doğma arenaya qayıtmaq imkanı əldə edib. Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bir gün öncə eyni saat və eyni məkanda ilk finalçı bəlli olacaq. Həmin yarımfinalda İtaliya ilə İspaniya görüşəcək.
Qeyd edək ki, iyulun 11-dəki final oyunu da "Uembli”də keçiriləcək.
AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya
London. "Uembli” stadionu
7 iyul
23:00. İngiltərə - Danimarka
London. "Uembli” stadionu
banner

Oxşar Xəbərlər