• çərşənbə axşamı, 16 aprel, 11:50
  • Baku Bakı 14°C

Avro-2020-nin taleyi martın 17-də bəlli olacaq

13.03.20 13:30 1207
Avro-2020-nin taleyi martın 17-də bəlli olacaq
UEFA Çempionlar L iqasının və Avro-2020-nin taleyi ilə bağlı qəti qərarı martın 17-də verəcək.
Kaspi.az xəbər verir ki, həmin gün Avropanın ali futbol qurumunun konfransı keçiriləcək. Konfransa videobağlantı vasitəsilə baş tutacaq.
Onlayn konfransda UEFA-nın beynəlxalq birliklərinin nümayəndələri, Avropa Klubları Assosiasiyasının (ECA) üzvləri və Beynəlxalq Peşəkar Futbol Assosiasiyaları Federasiyasının (FIFPro) nümayəndələri iştirak edəcəklər.
İlkin məlumata görə, UEFA Çempionlar Liqası və Avropa Liqasının dayandırılması ilə bağlı qərar çıxaracaq. Bununla da UEFA Avro-2020-ni vaxtında keçirməyi planlaşdırır.
banner

Oxşar Xəbərlər